Şəxsi heyətin təhlükəsizliyi − kritik informasiyaya girişi olan bütün şəxslərin zəruri icazə və müvafiq səlahiyyətlər almasını təsdiqləyən prosedurlar. PGP (Pretty Good Privacy) − şifrləmə və rəqəmsal imza əməliyyatlarını yerinə yetirməyə imkan verən kriptoqrafik funksiyalar kitabxanası. İlkin versiyası 1991-ci ildə Filip Zimmerman tərəfindən işlənmişdi. OpenPGP (RFC 4880) standartı sayəsində PGP-nin funksional imkanları müxtəlif, lakin öz aralarında və digər proqramlarla (GnuPG, FileCrypt və s.) uyuşan bir sıra realizələri var. Geniş yayılmış əməliyyat sistemlərinin hamısı üçün realizələri mövcuddur. Pulsuz yayılan realizələri ilə yanaşı, kommersiya realizələri də vardır.